Modern.az

Zakir Həsənov ABŞ rəsmisi ilə danışıqlar aparıb

Zakir Həsənov ABŞ rəsmisi ilə danışıqlar aparıb

Aktual

15 Sentyabr 2022, 17:38

Sentyabrın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Telefon danışığı zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...