Modern.az

"Qarabağ"ın oyununda şəhidlərimiz yad edildi

Aktual

15 Sentyabr 2022, 20:56

Tofiq Bəhramov adına respublika stadionunda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub.

 

Modern.az xəbər verir ki, fanatlar qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər.

 

"İmarət" azarkeş qrupunun üzvləri "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan" pankartı açıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı