Modern.az

İlham Əliyevdən “Qarabağ”ın qələbəsilə bağlı PAYLAŞIM

İlham Əliyevdən “Qarabağ”ın qələbəsilə bağlı PAYLAŞIM

Aktual

15 Sentyabr 2022, 23:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” komandası üzərində qazandığı inamlı qələbə ilə bağlı tviterdə paylaşım edib.

 

Modern.az xəbər verir ki, paylaşımda deyilir: “Qarabağ (Azərbaycan) - Nant (Fransa) - 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!”

 

 

Xatırladaq ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. "Qarabağ"ın heyətində Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç fərqləniblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı