Modern.az

Kürdəmirdə qardaş qardaşı BIÇAQLADI

Kürdəmirdə qardaş qardaşı BIÇAQLADI

Aktual

16 Sentyabr 2022, 08:30

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.

 

Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində 32 yaşlı Əhmədov Rəşad Hacıağa oğlu qardaşı tərəfindən bıçaq xəsarəti alıb.

 

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata götürülüb.

 

Hadisəni törədən qardaş isə polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Fakt araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı