Modern.az

Yolu keçmək istədi, maşın vurub öldürdü

Yolu keçmək istədi, maşın vurub öldürdü

Aktual

16 Sentyabr 2022, 10:00

Sentyabrın 15-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini N.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xəlil Xəliovu vurub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Rəsmi məlumata görə, hazırda Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!