Modern.az

Pelosinin İrəvana səfəri kimə mesajdır: Bakıya, yoxsa Moskvaya?

Pelosinin İrəvana səfəri kimə mesajdır: Bakıya, yoxsa Moskvaya?

Aktual

16 Sentyabr 2022, 10:07

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfərə hazırlaşır. Pelosi İrəvanda baş nazir Nikol Paşinyanla və erməni deputatlarla görüşəcək.

 

Tayvana səfəri ilə böyük siyasi qalmaqala səbəb olan Pelosini İrəvana hansı səbəbdən səfər edəcəyi maraq doğurur.

 

Modern.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu hesab edir ki, Pelosi səfəri Bakıdan çox Moskvaya mesajdır:

 

“Aydındır niyə gəlir. Pelosinin erməni lobbisi ilə əlaqələri məlum faktdır, gəlib Azərbaycan əleyhinə açıqlamalar verəcək. Nensi Pelosinin İrəvana səfəri bizdən çox Kremli düşündürəcək. Vaşinqton Ermənistanı Rusiyanın caynağından qurtarmaq üçün var gücüylə çalışır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir müddət əvvəl İrəvana sirli səfəri də bununla əlaqəli idi. Kremlin düşmənlərindən sayılan Pelosi İrəvana səfəri ilə Paşinyana ayı xidməti göstərəcək” – deyə politoloq prosesləri şərh edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı