Modern.az

Səmərqənd sammiti - İlham Əliyev mühüm mesajlar verəcək

Səmərqənd sammiti - İlham Əliyev mühüm mesajlar verəcək

Aktual

16 Sentyabr 2022, 11:00

Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir. Liderlərin zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev fəxri qonaq qismində iştirak edir. Dövlət başçısı səfər çərçivəsində bir sıra ölkələrin prezidentləri ilə görüşlər keçirib. Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Səmərqənd görüşündən gözləntilər nələrdir?

 

Bu barədə Modern.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, ŞƏT-in zirvə görüşünə Özbəkistanın ev sahibliyi etməsi Türk dünyası üçün mühüm əhəmiyyətə malikdir.

 

Onun sözlərinə görə, sammitdə müzakirə ediləcək mövzular inteqrasiyanın güclənməsi, təhlükəsizliyin, əmin-amanlığın möhkəmlənməsi, tranzit xətlərinin və yeni dəhlizlərin istifadəyə verilməsindən ibarət olacaq.

 

 

“ŞƏT-in sammitində əsas dəhliz məsələsi gündəmdədir. Çünki bu gün Çin dünyanın meqaticarət layihələrini həyata keçirir və yeni dəhlizlərin açılmasını vacib sayır. Bu gün dəhliz sahəsində Şərq-Qərb, Şimal-Cənub dəhlizləri əsas iki xətt kimi özünü göstərir. Bu xətlərin normal fəaliyyətinə həm də Azərbaycan, Türkiyə və Rusiya əhəmiyyət verir. Dövlət başçıları yenə bu məsələyə diqqət göstərəcək. Eyni zamanda həlli tapılmayan məsələlərlə bağlı geniş fikir mübadilələri aparılacaq”.

 

T.Abbasov qeyd edib ki, Prezident İlham Əliyevin zirvə toplantısında mühüm mesajlar verməsi gözlənilir:

 

“Cənab Prezident olduqca mötəbər auditoriyanı bölgədə baş verənlərlə bağlı məlumatlandıracaq. Digər tərəfdən Azərbaycanın hədəflərini açıqlayacaq. Azərbaycanın prioritetlərinin nələr olduğunu onların diqqətinə çatdıracaq. Ölkəmizin sülhyarama prosesində öncül rol oynadığını bir daha xatırladacaq. İndi Ermənistan və ona havadarlıq edən bəzi qüvvələr aranı qatır. Ermənistana havadarlıq edənlər əsasən Qərb ölkələridir. Şanxay Əməkdaşlıq Təşkilatı isə Qərb qütbünün əksi kimi çıxış edir. Bunlar rəqabət içindədirlər. Ancaq bizim ölkələrimiz gərək bu rəqabətin zərərli təsirlərindən özünü yayındırsın. Hesab edirəm ki, Prezident çıxışında bu məsələyə diqqət yetirəcək və balanslı mövqeyini davam etdirəcək. Balanslaşdırılmış siyasətlə bütün dünyaya bizim üçün Qərb, ya da Şərqin fərqinin olmadığını göstəririk.

 

 

Onu da qeyd edək ki, toplantıda Hindistanın Baş naziri Narendira Modi də iştirak edəcək. Hindistan Ermənistanı silahlandıraraq bizim bölgəmiz üçün qeyri-konstruktiv mövqe ortaya qoyur. Hindistan bilməlidir ki, Ermənistanla dərin əlaqələr qursa, Azərbaycan kimi cazibəli tərəfdaşını itirə bilər. Bu da heç yaxşı hal deyil. Hesab edirəm ki, Prezident bu məsələyə də toxunmalıdır və toxuncaq. Belə vacib məsələ bizim dövlət başçımızın nəzərindən qaça bilməz”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?