Modern.az

“Son hadisələr Ermənistanın təxribatıdır” - İrlandiyalı tarixçi

“Son hadisələr Ermənistanın təxribatıdır” - İrlandiyalı tarixçi

Aktual

16 Sentyabr 2022, 11:18

"Son bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhədində yaşanan hadisələr qəbulolunmazdır. Bu, İrəvanın növbəti təxribatıdır".  

 

Modern.az xəbər verir ki, bu barədə tanınmış irlandiyalı tarixçi və siyasi analitik Patrik Uolş bildirib. Onun sözlərinə görə, Ermənistan təxribatçı hərəkətləri ilə Azərbaycanla əldə olunan razılaşmaları pozur.

 

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üçün hazırlıq görülür. Amma son hadisələr onu göstərir ki, Ermənistan sülh prosesini pozur. Bununla da indiki prosesi uzatmaq istəyir. Rəsmi İrəvan konflikti həll etmək istəyirsə, diplomatiyanı işə salmalıdır. Bu məsələ diplomatik masada həll olunmalıdır. Azərbaycan sülh prosesinin sürətlənməsi üçün əlindən gələni edir. Sərhəddə olan hadisələr üzücüdür. Ümid edirəm ki, bir neçə gün ərzində haqq ədalət öz həllini tapacaq”, - irandiyalı tarixçi qeyd edib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı