Modern.az

19 yaşlı şəhid Salyanda dəfn edildi

19 yaşlı şəhid Salyanda dəfn edildi

Aktual

16 Sentyabr 2022, 14:40

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 19 yaşlı əsgər İsayev Sadiq Rəşad oğlu dəfn edilib.

 

Modern.az xəbər verir ki, şəhidlə doğulduğu Salyan rayonunun Arbatan kəndində vida mərasimi keçirilib.

 

Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Mərasimdən sonra şəhid Arbatan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı