Modern.az

Qırğızıstan və Tacikistan prezidentləri Səmərqənddə görüşdülər

Qırğızıstan və Tacikistan prezidentləri Səmərqənddə görüşdülər

Aktual

16 Sentyabr 2022, 15:18

Qırğız Respublikasının Prezidenti Sadır Japarov və tacikistanlı həmkarı İmomali Rahmon Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətlə bağlı təkbətək danışıqlar aparıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğız KİV-ləri məlumat yayıb.

 

Bildirilib ki, iki ölkə liderləri atəşi dayandırmaq, qoşunların və vasitələrin təmas xəttindən çıxarılması barədə müvafiq strukturlara göstəriş verməyə razılaşıblar.

 

İki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri hadisə yerində fəaliyyət göstərəcək, hadisənin baş vermə şəraiti və səbəblərini araşdırmaq üçün komissiya yaradılacaq.

 

Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Qırğızıstan və Tacikistan Hökumətlərarası Komissiyasının işinin sürətləndirilməsi haqqında da razılıq əldə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı