Modern.az

Muxtar Babayev vətəndaşları qəbul etdi - FOTOLAR

Muxtar Babayev vətəndaşları qəbul etdi - FOTOLAR

Aktual

16 Sentyabr 2022, 15:02

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 16 sentyabr 2022-ci il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Qəbuldan əvvəl nazir və Balakən Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

 

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

 

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

  • Muxtar Babayev vətəndaşları qəbul etdi - FOTOLAR
  • Muxtar Babayev vətəndaşları qəbul etdi - FOTOLAR
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı