Modern.az

Şəhid Nihat Gəncədə torpağa tapşırıldı

Şəhid Nihat Gəncədə torpağa tapşırıldı

Aktual

16 Sentyabr 2022, 16:24

Ermənistanın təxribatı nəticəsində şəhid olan Nihat Nicat oğlu Verdiyev torpağa tapşırılıb.



Modern.az-ın məlumatına görə, 2003-cü il təvəllüdlü Nihad Verdiyevin nəşi Gəncə şəhər Cavad xan qəsəbəsində yaşayan ailəsinin evinə gətirilib.

 

Şəhid Gəncədə Şəhidlər xiyabanında dəfn edilib.

 

Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.

 

Əslən Daşkəsən rayonundan olan şəhid N.Verdiyev yaylım atəşi sədaları altında torpağa tapşırılıb.

 

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!