Modern.az

Kraliçanın tabutunu daşıdı, ölü tapıldı 

Kraliçanın tabutunu daşıdı, ölü tapıldı 

Aktual

2 Oktyabr 2022, 11:54

Londonda Böyük Britaniya mərhum kraliçası II Elizabetin tabutunu daşıyan on səkkiz yaşlı əsgərin cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, əsgərin yaxınlarının dediyinə görə, Cek Bernel-Uilyams sentyabrın 19-da dəfn mərasimini müşayiət edib və iki həftə sonra meyiti aşkarlanıb.

 

Polis əməkdaşları gəncin ölümünü gözlənilməz hesab edirlər. Eyni zamanda, qeyd edirlər ki, onun qəfil ölümündə şübhəli heç nə yoxdur.

 

Gəncin ailəsi Cekin “kraliçanı son səfərində müşayiət etmək üçün seçilməsindən” qürur duyduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı