“Bu həftə Donbasın bir çox yerlərində Ukrayna bayrağı dalğalanacaq”.
Modern.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Rusiyanın BMT-nin məqsəd və prinsiplərini, nizamnaməsini pozan “referendum”larının və ilhaq cəhdlərinin heç bir hüquqi nəticəsi olmayacaq.
Zelenski onu da bildirib ki, sonda Rusiya beynəlxalq birliyə qarşı mübarizəni uduzacaq.