Modern.az

Qasırğa 62 nəfərin ölümünə səbəb oldu

Qasırğa 62 nəfərin ölümünə səbəb oldu

Aktual

3 Oktyabr 2022, 08:24

ABŞ-ın cənub-şərq ərazilərini vuran yen qasırğası nəticəsində 62 nəfər ölüb, çox sayda insan xəsarət alıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət zamanı bəzi məhəllələr tamamilə dağılıb, elektrik və rabitə xətləri sıradan çıxıb, infrastruktura ciddi ziyan dəyib.

 

Aramsız yağışlar nəticəsində binaların zirzəmiləri su ilə dolub, bu da xilasedicilətin işini çətinləşdirib.

 

ABŞ-ın sahil mühafizə xidməti fırtına nəticəsində qəzaya uğrayan gəminin itkin düşmüş 16 sərnişininin axtarışlarını dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı