Modern.az

Ağciyərləri təmizləyən QİDALAR

Ağciyərləri təmizləyən QİDALAR

Aktual

3 Oktyabr 2022, 08:37

Qeyri-sağlam qidalanma, hərəkətsizlik, genetik və ətraf mühit faktorları ağciyərlərin zamanla zədələnməsinə səbəb olur. Araşdırmalar göstərir ki, bəzi qidalar ağciyərləri gücləndirir və təmizləyir. 

 

Modern.az ağciyərləri təmizləyən qidaları təqdim edir.

 

Zəncəfil - sarıkök: İltihab əleyhinə təsirə malik olan bu ədviyyatlar tənəffüs sistemindəki toksinlərin çıxarılmasına və ağciyərlərin təmizlənməsinə kömək edir.

 

Sarımsaq: Təbii antibiotik olan sarımsaq ağciyərlərin nizamlı işləməsini təmin edir və ağciyər xərçənginə qarşı qoruyucu təsir göstərir.

 

Kəklikotu: Tərkibindəki efir yağları sinədə yaranan tıxanmanın qarşını alır. Öskürək, yuxarı tənəffüs yollarının iltihabının və bakteriyaların yaranmasının qarşısının alır. 

 

Qara kök: Öskürəyə təsir göstərir və bəlğəmin ciyərlərdən atılmasını sürətləndirir. Tərkibindəki vitamin və minerallar ağciyər xərçəngi riskini azaldır.

 

Üzüm toxumu: Toxumları çeynəməklə istehlak etmək lazımdır. Radikallarla mübarizə apararaq ağciyərləri qoruyur. 

 

Kərəviz: Kanserogen maddələrin, ağciyərlərdə meydana gələ biləcək digər xəstəliklərə qarşı təsirlidir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı