Modern.az

Vətən müharibəsi şəhidinin anası vəfat etdi

Vətən müharibəsi şəhidinin anası vəfat etdi

Aktual

3 Oktyabr 2022, 09:46

Vətən müharibəsi şəhidi, baş gizir Ramil Quliyevin anası dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, şəhidin anası Yazxanım Quliyeva yaşadığı Kürdəmir rayonunun Qarasu kəndində vəfat edib.

 

Onun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

 

Qeyd edək ki, Ramil Nuralı oğlu Quliyev 1981-ci ildə Kürdəmirdə anadan olub. 2020-ci ilin sentyabrın 30-u Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!