Modern.az

Xocavənddə silah-sursat aşkarlandı - FOTO

Xocavənddə silah-sursat aşkarlandı - FOTO

Aktual

3 Oktyabr 2022, 09:58

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 3 avtomat, 1 pulemyot, 48 əl qumbarası, 1 mərmi və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı