Rusiya Federasiyasında qismən səfərbərlik elan edildikdən sonra Qazaxıstana rusların axını müşahidə olunur. Sentyabrın 21-dən bu yana 200 min Rusiya vətəndaşı Qazaxıstana daxil olub.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Muxtar Tleuberdi bildirib.
"Son məlumatlara görə, dünən Rusiyadan mənfi miqrasiya axını olub. 200 mindən çox Rusiya vətəndaşı Qazaxıstana daxil olub, 147 min nəfər isə ölkəni tərk edib. Bu təbii ki, qeyri-adi hadisədir", - deyə nazir müavini vurğulayıb.
Ümumilikdə isə Rusiyada qismən səfərbərlik elan edildikdən sonra təxminən 700 min insan ölkəni tərk edib.