Modern.az

Restoranda 35 min manatlıq OĞURLUQ

Restoranda 35 min manatlıq OĞURLUQ

Aktual

5 Oktyabr 2022, 11:22

Bakıda restorandan 35 000 manatlıq oğurluq edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, fəaliyyət göstərməyən bir restorandan 35 000 manat dəyərində 2 ədəd kondisioner, 32 ədəd qapı, 33 ədəd pəncərə, xalça və elektrik naqili oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri Mənsur Bədirov və Mübariz Əmiraslanov müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...