Modern.az

Səttar Möhbalıyev türkiyəli həmkarlarına başsağlığı verdi

Səttar Möhbalıyev türkiyəli həmkarlarına başsağlığı verdi

Aktual

14 Noyabr 2022, 09:36

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev türkiyəli həmkarlarına başsağlığı verib.

 

Modern.az xəbər verir ki, başsağlığında deyilir:

 

“İstanbul şəhərində törədilən partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

 

Bununla əlaqədar dost və qardaş Türkiyənin həmkarlar ittifaqlarının rəhbərlərinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan, həmçinin Azərbaycan həmkarlar ittifaqları adından başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır