Modern.az

Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü

Aktual

14 Noyabr 2022, 10:38

Noyabrın 13-də saat 16 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisində rayon sakini E.Əsgərov idarə etdiyi “MAN” markalı  yük avtomobili ilə yolu keçən Xubyarlı kənd sakini Bəhlul Quliyevi vurub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Rəsmi məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?