Modern.az

Luqanskda 12 yaşayış məntəqəsi ruslardan azad olunub

Luqanskda 12 yaşayış məntəqəsi ruslardan azad olunub

Aktual

14 Noyabr 2022, 11:48

Ukrayna Silahlı Qüvvələri artıq Luqansk vilayətinin 12 yaşayış məntəqəsini rus işğalçılarından azad edib.


Modern.az xəbər verir ki, bunu Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

Onun sözlərinə görə, ruslar bu yaxınlarda onlardan azad edilmiş kəndlərə güclü atəş açır.


“Topçularımızın uzaq mənzilli silahları var ki, bu da bizə düşmən xəttinin arxasındakı məsələləri həll etməyə imkan verir - bu, cəbhə xəttində vəziyyəti xeyli asanlaşdırır”, - o deyib.


S.Qayday onu da qeyd edib ki, Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin yolunda xeyli sayda “vaqnerçilər” və qismən səfərbər olunmuş ruslar var.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?