Modern.az

Makron Ukrayna və Rusiyanı danışıqlar masasına çağırdı

Makron Ukrayna və Rusiyanı danışıqlar masasına çağırdı

Aktual

14 Noyabr 2022, 12:16

Fransa prezidenti Emmanuel Makron yaxın həftələrdə Ukraynadakı münaqişə tərəflərinin danışıqlar masasına oturmasını təmin etmək üçün bütün diplomatik səyləri yönəltməyə çağırıb.
 

Modern.az xəbər verir ki, Makron bazar ertəsi “France Inter” radiostansiyasına müsahibəsində deyib:

“Biz qarşıdakı həftələrdə tərəflərin danışıqlar masasına oturmasını təmin etmək üçün bütün diplomatik səyləri yönəltməliyik”.
 

Eyni zamanda, o əlavə edib ki, danışıqlar Vladimir Zelenski və Ukrayna xalqı üçün məqbul olan vaxtda və şərtlərdə aparılmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!