Modern.az

Moldova - Azərbaycan matçının hakimləri bilindi

Moldova - Azərbaycan matçının hakimləri bilindi

Aktual

14 Noyabr 2022, 12:34

Azərbaycan yığmasının noyabrın 16-da Moldova ilə keçirəcəyi yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, Kişinyovda keçiriləcək qarşılaşma ukraynalı hakimlər briqadasına tapşırılıb.

 

Görüşü Denis Şurman idarə edəcək. Ona Aleksandr Jukov və Viktor Nıjnık kömək edəcəklər. Dördüncü hakim funksiyasını Roman Jitari yerinə yetirəcək.

 

Qeyd edək ki, “Zimbru” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır