Metronun "Avtovağzal" stansiyasında işıqlandırmada problem yaranıb.
"Bakı Metropoliteni" QSC-dən Modern.az-a verilən məlumata görə, buna səbəb gərginlik düşməsi olub.
"Nəticədə "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb. 4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub".
Rəsmi məlumata görə, hazırda problem tam aradan qaldırılıb:
"Qatarlar interval üzrə hərəkət edir.Hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək".