Modern.az

Azad olunmuş ərazilərdə daha 349 mina aşkarlandı

Azad olunmuş ərazilərdə daha 349 mina aşkarlandı

Aktual

14 Noyabr 2022, 14:52

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə,noyabarın 7-dən 12-dək dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 170 piyada əleyhinə mina, 179 tank əleyhinə mina və 357 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 485 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?