Modern.az

Ukrayna üçün 25 milyon avroluq yardım

Ukrayna üçün 25 milyon avroluq yardım

Aktual

14 Noyabr 2022, 15:28

Niderland Ukrayna ordusuna dəstək üçün 25 milyon avro ayıracaq. 

 

Modern.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Vopke Hoekstra bildirib.

 

"Biz Ukrayna ordusunu dəstəkləmək üçün ərzaq, rasion, ilk yardım ləvazimatları, təcili yardım maşınları və yanacaq daşıyan maşınlar da daxil olmaqla 25 milyon avro ayıracağıq", - XİN rəhbəri NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

 

O əlavə edib ki, Niderlan da Ukraynaya yardım üçün beynəlxalq fonda əlavə 20 milyon avro ayıracaq. 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır