Modern.az

Litva Kiyevə hərbi texnika və sursat göndərdi

Litva Kiyevə hərbi texnika və sursat göndərdi

Aktual

14 Noyabr 2022, 15:48

Litva Ukraynaya növbəti yardım çərçivəsində zirehli hərbi maşınlar və sursat göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anaşauskas “Twitter“ səhifəsində yazıb.

 

“Litvanın Ukraynaya göndərdiyi əlavə hərbi dəstək ünvanına çatıb. 12 ədəd M113 hərbi maşını göndərilib. Onların 10 ədədi 120 mm-lik özüyeriyən minaatan və 2 ədədi atəşi idarəetmə sistemidir” ,- nazir qeyd edib.

 

O, həmçinin əlavə edib ki, Ukraynaya texnika ilə yanaşı, xeyli sayda sursat da göndərilib.

 

Xatırladaq ki, Litva bundan öncə də Ukraynaya müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş M113 hərbi maşını yola salıb. Hazırda göndərilən M113 zirehli texnikasının ümumi sayı 62-dir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?