Modern.az

Əli Əsədov Məhəmməd Azmanla görüşüb

Əli Əsədov Məhəmməd Azmanla görüşüb

Aktual

14 Noyabr 2022, 16:52

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının (İSSA) prezidenti Məhəmməd Azman ilə görüşüb.

 

Nazirlər Kabinetindən (NK) Modern.az-a verilən məlumata görə, görüşdə İSSA ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilib.

 

Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verilib.

 

Görüş zamanı, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?