Modern.az

Elçin Quliyev Türkiyəyə başsağlığı verib

Elçin Quliyev Türkiyəyə başsağlığı verib

Aktual

14 Noyabr 2022, 17:44

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Türkiyə tərəfinə başsağlığı verib.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Modern.az-a verilən xəbərə görə, xidmət rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Respublikasının Milli Müdafiə Naziri Hulusi Akara, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə, Quru Qoşunlarının Komandanı ordu generalı Musa Avseverə, Jandarma Baş Komandanı ordu generalı Arif Çetinə başsağlığı ünvanlayıb.


Başsağlığında deyilir:

 

13 noyabr 2022-ci il tarixində İstanbul şəhərində törədilmiş xain terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbərini böyük kədər və sarsıntı hissi ilə qarşıladıq.

 

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Dövlət Sərhəd Xidmətinin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm".

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?