Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 573 nəfər müalicə olunaraq sağalıb, 9964 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.
Son sutka ərzində 752, hazırkı dövrədək isə 7 345 149 test aparılıb.
