Modern.az

Fransa Senatındakı dostluq qrupu etibarsız sayılmalıdır

Fransa Senatındakı dostluq qrupu etibarsız sayılmalıdır

Aktual

16 Noyabr 2022, 17:22

Ümid edirəm ki, Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə Prezident Emmanuel Makron tərəfindən təsdiq edilməyəcək. Çünki bu, sənəd birbaşa Avropa dəyərlərinə ziddir.

 

Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Onun sözlərinə görə, Fransa Senatının qərarı erməni diasporu və lobbisini məmnun etmək məqsədi daşıyır. Lakin bu sənəd heç bir nəticə verməyəcək.

 

Məlahət İbrahimqızı Fransaya qarşı atıla biləcək cavab addımlarından da danışıb:

 

"Sənəddə Azərbaycan qazına və neftinə embarqo qoyulması maddəsi  Avropa Komisiyasının bu ilin iyul ayında Azərbaycanla imzaladığı "Avropanın enerji təchizatı və təhlükəsizliyi üzrə strateji tərəfdaşlıq sazişi"nə ziddir. Çünki sözegedən sənəd Ukrayna-Rusiya savaşı fonunda Avropanın Rusiyadan enerji asılılığının azalmasına kömək edib. Bunu nəzərə alaraq, Avropa Birliyinin qurucu ölkələrindən biri olan Fransa Senatı haqqında Avropa Komisiyasının Prezidenti Ursula Fon der Leyenə müraciət ünvanlanmalıdır. Fransa Senatının təsdiq etdiyi qərardan belə çıxır ki, Fransa Avropa Komisiyasının əleyhinədir və ona zidd gedir. Digər yandan, Fransa Senatındakı Azərbaycan-Fransa dostluq qrupu da etibarsız hesab edilməlidir. Çünki Senatın Azərbaycanla dostluq qrupu üzvləri də bu sənədin lehinə səs verib".

 

Qeyd edək ki, ötən gün Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?