Modern.az

İsraildə səfirliyimizin açılmasına Türkiyədən İLK REAKSİYA

İsraildə səfirliyimizin açılmasına Türkiyədən İLK REAKSİYA

Aktual

18 Noyabr 2022, 14:14

“Azərbaycanın İsraildə səfirlik açmasından böyük məmnunluq duyuruq”.

 

Bunu Modern.az-a açıqlamasına Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilmiş deputatı Uğur Bayraktutan deyib.

 

Türkiyəli deputatın sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması hər iki ölkənin əlaqələrini gücləndirəcək:

 

“Bölgənin iki güclü dövləti arasında diplomatik əlaqələr regional və beynəlxalq barışa böyük töhfə verəcək. Ümumiyyətlə, İsrailin son zamanlar Türkiyə ilə əlaqələri yaxşılaşır. Azərbaycan kimi müttəfiqimizin də İsraillə diplomatik əlaqələrini yüksəltməsi bizi məmnun edir. Biz səfirliyin açılması qərarını dəstəkləyirik”.

 

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək. Səfirlik Tel-Əviv şəhərində fəaliyyət göstərəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?