Modern.az

İkimərtəbəli evdə yanğın oldu

İkimərtəbəli evdə yanğın oldu

Aktual

27 Noyabr 2022, 10:08

Sumqayıt şəhərində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəxində 4 m² sahədə mebel, soyuducu, qaz sobası və aspirator yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?