Modern.az

Milli Peyvənd Təqviminə dəyişiklik ediləcək

Milli Peyvənd Təqviminə dəyişiklik ediləcək

Aktual

7 Dekabr 2022, 16:24

“Peyvəndlənməyə gecikən ailələrin müraciətləri artıb. Xüsusilə pandemiya dövründən qalma gecikmələrə daha çox rast gəlinir:

 

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.

 

N.Bayramova qeyd edib ki, sərt qadağalar dönəmində peyvənd təqvimi ilə uzlaşmayan ailələr olub:

 

"Uşaqlar arasında rotavirusa yoluxma halları daha çox idi. Rotavirusa qarşı peyvəndlər Milli Peyvənd Təqviminə salınmayıb. Lakin rotavirus qarşı peyvəndləmə müasir inkişaf etmiş ölkələrdə tətbiq olunur. Yaxın zamanda vətəndaşlarımız bununla bağlı şad xəbər alacaqlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?