Modern.az

Ağac kəsənlərin işi Baş Prokurorluğa göndərildi

Ağac kəsənlərin işi Baş Prokurorluğa göndərildi

Aktual

7 Dekabr 2022, 17:20

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində 6 ağac qanunsuz kəsilib.

 

Bu barədə Modern.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

 

O qeyd edib ki, sözügedən ünvanda bu ilin aprel ayında 6 ağacın qanunsuz kəsildiyi müəyyən edilib və təbiətə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Ərazidəki ağaclar isə sayılaraq qeydiyyata alınıb:

 

"Bu gün isə həmin əraziyə təkrar baxış keçirilib, yeni ağac kəsintisi faktı qeydə alınmayıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?