Modern.az

Bakıda eyni gündə 2 uşaq itkin düşdü

Bakıda eyni gündə 2 uşaq itkin düşdü

Aktual

8 Dekabr 2022, 09:46

Bakıda eyni gündə iki şagird itkin düşüb.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, dekabrın 6-da saat 15 radələrində Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 21 saylı orta məktəbdə təhsil alan 2008-ci il təvəllüdlü X.Q. orta məktəbdən çıxdıqdan sonra itkin düşüb. Hadisə ilə bağlı polisə müraciət edilib.

 

Həmin gün saat 12 radələrində isə Yasamal rayonu, M.Bünyadzadə küçəsində yerləşən 153 saylı məktəbdən çıxan 2010-cu il təvəllüdlü A.Ş. itkin düşüb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində 12 yaşlı uşaq saat 20 radələrində tapılıb.

 

Araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?