Modern.az

Bu şəxslər 5 il müavinət alacaqlar

Bu şəxslər 5 il müavinət alacaqlar

Aktual

9 Dekabr 2022, 11:44

Milli Məclis “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

 

Modern.az xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.

 

Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, bu ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət alacaqlar.

 

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?