Rusiya Ukraynaya qarşı müharibədə böyük itkilər verməkdə davam edir, lakin bunu boynuna almır. Belə ki, müharibənin əvvəlindən Ukrayna Silahlı Qüvvələri 93 min 390, son sutka ərzində isə 310 işğalçını məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
Rusiyanın ümumi döyüş itkiləri aşağıdakı kimidir:
Şəxsi heyət - 93390 (+310)
tanklar - 2937
zirehli döyüş maşınları - 5912 (+1)
artilleriya sistemləri - 1926 (+1)
reaktiv yaylım atəşi sistemləri - 395
hava hücumundan müdafiə sistemləri - 211
təyyarələr - 281
vertolyotlar - 264
PUA-lar - 1603
qanadlı raketlər - 592
gəmilər / qayıqlar - 16
avtomobil avadanlığı və yük maşınları - 4531 (+3)
xüsusi texnika - 164.