Modern.az

Rumıniya ilə Avstriyanın arası dəydi - Səfir geri çağırıldı

Rumıniya ilə Avstriyanın arası dəydi - Səfir geri çağırıldı

Aktual

9 Dekabr 2022, 15:32

Rumıniya Xarici İşlər Nazirliyi ölkənin Avstriyadakı səfiri Emil Hurezeananı məsləhətləşmələr üçün geri çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rumıniya XİN məlumat yayıb.

 

Bildirilib ki, buna səbəb kimi Avstriyanın Avropa İttifaqının (Aİ) Daxili İşlər və Ədliyyə Şurası iclasında Rumıniyanın Şengen zonasına qoşulmasının əleyhinə səs verməsi göstərilib. Belə ki, Rumıniyanın Şengen zonasına daxil edilməsinin əleyhinə yalnız Avstriya çıxış edib. Aİ ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib.

 

Xatırladaq ki, Şengen zonasına daxil olan ölkələrin vətəndaşları üçün daxili sərhədlərdə viza nəzarəti ləğv edilib. Hazırda onun tərkibinə 22-si Aİ üzvü olan 26 ölkə daxildir. Zona 1985-ci ildə Lüksemburqda Şengen zonasında imzalanmış müqavilə əsasında yaradılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?