Modern.az

DÇ-2022-də uduzan daha bir baş məşqçi istefa verdi

DÇ-2022-də uduzan daha bir baş məşqçi istefa verdi

Aktual

10 Dekabr 2022, 15:30

Niderland millisinin baş məşqçisi Lui van Qal istefa verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 71 yaşlı mütəxəssis özü bildirib.

Xatırladaq ki, Niderland millis ötən gecə DÇ-2022-nin 1/4 finalında Argentinaya uduzaraq (2:2, penaltilər seriyası 3:4) mübarizəni dayandırıb.

Lui Van Qal açıqlamasında bildirib:

“Mən komandada baş məşqçi kimi qalmayacağam. Beləliklə, bu, mənim son matçım idi. Çox gözəl vaxt keçirdim. Mundialı bu cür tərk etmək çox əzab verir".


Qeyd edək ki, Van Qal 2021-ci ildən milliyə baş məşqçilik edirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?