Modern.az

Şirvanda dələduz saxlanıldı - Cinayət işi açıldı

Şirvanda dələduz saxlanıldı - Cinayət işi açıldı

Aktual

11 Dekabr 2022, 10:24

Şirvanda ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Şirvan şəhərində bir vətəndaşdan 20 min manat, bir vətəndaşdan 20 min manat, iki vətəndaşdan ayrı-ayrılıqda 10 min manat, digər vətəndaşın isə bank kartındakı pulunu talamaqda şübhəli bilinən Təbriz Cəfərov saxlanılıb.

 

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət məcəlləsinin 177 və 182-ci maddələri ilə cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!