Modern.az

Medvedev Rusiyanın düşmənlərini AÇIQLADI 

Medvedev Rusiyanın düşmənlərini AÇIQLADI 

Aktual

11 Dekabr 2022, 12:55

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Moskvanın düşmənləri təkcə Ukraynada deyil, həm də Avropa, Yaponiya və Avstraliyadadır.

 

Modern.az xəbər verir ki, Rusiya rəsmisi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb.

 

Onun sözlərinə görə, Moskvanın düşmənləri müasir nasistlərə qol-qanad verən, onlara qucaq açan yerlərdədir:

 

"Yuxarıda göstərilən ölkələrlə yanaşı, Yeni Zelandiya və Şimali Amerika ölkələri də Kremlin düşmənləridir".

 

Qeyd edək ki, bundan əvvəl Medvedev Avropada qəhrəmanların olmamasından danışmışdı: "Halbuki "dəli Avropadan" fərqli olaraq Rusiyada fəxr etdiyimiz və onlardan nümunə götürdüyümüz qəhrəmanlar çoxdur”.

 

Turan 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?