Modern.az

Bakıda sabiq prokuroru maşın vurdu

Bakıda sabiq prokuroru maşın vurdu

Aktual

12 Dekabr 2022, 09:30

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

 

Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirir.

 

Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror vəzifəsində çalışıb. O, 2020-ci ildə təqaüdə göndərilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı