Modern.az

Xalqın xilaskarı - Ulu Öndər Heydər Əliyev

Xalqın xilaskarı - Ulu Öndər Heydər Əliyev

Aktual

12 Dekabr 2022, 09:40

YAP Kəlbəcər rayon təşkilatı müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı silsilə tədbirlər keçirir. Öncə təşkilatın fəal üzvləri 9 dekabr 2022-ci il tarixində Gəncə  şəhərində Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ekskursiya çərçivəsində ziyarətçilər Umummilli Lider  Heydər Əliyevin ömür yolunu əks etdirən eksponatlar, siyasi irsini əks  edən əyani vəsaitlərlə tanış olublar. Tədbir daha sonra Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon 99 saylı tam orta məktəbinin akt zalında Xalqın xilaskarı - Ulu Öndər Heydər Əliyev mövzusunda davam etdirilib.

Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə çiçəklər düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirdə ümummilli lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışaraq qeyd edib ki,  Ulu öndər Heydər Əliyevin bioqrafiyası dövlətimizin və xalqımızın ən şanlı tarixidir, zəfər salnaməsidir.

Həbib Misirov bildirib ki,  Ulu öndər Heydər Əliyevin  siyasi kursu onun varisi  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün daim azərbaycanlı olması ilə fəxr edən ulu öndər Heydər Əliyevin ruhu şaddır. Ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanın işğalçılıq siyasətinə son qoyulub, torpaqlarımız azad edilib.

 

Kəlbəcər rayon 99 nömürəli tam orta məktəbin direktoru, ərazi partiya təşkilatının sədri İsmət Nəcəfov çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyev dahi bir şəxsiyyət kimi xalqı parçalanmaq təhlükəsindən qurtarıb və Azərbaycanı dünyanın tanınan, stabil inkişaf edən dövlətlərindən birinə çevirib. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

 

Məktəbin tarix müəllimi Nazim Ələsgərov, Kəlbəcər 4 saylı körpələr evi uşaq baxçasının müdiri Yeganə Məmmədova və  digər çıxış edənlər Ulu öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.   Şagirdlər Ulu öndər Heydər Əliyevə və vətənə həsr olunmuş şeirlər  səsləndiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?