Modern.az

“Qarabağ” dünya reytinqində gerilədi

“Qarabağ” dünya reytinqində gerilədi

Aktual

12 Dekabr 2022, 11:56

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.

 

Modern.az xəbər verir ki, 300 komandanın yer aldığı siyahıya Azərbaycandan yalnız “Qarabağ” klubu düşüb.

 

Hesabında 137 xal olan Ağdam təmsilçisi 2 pillə geriləyərək 85-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın “Gent” klubu 140 xalla 84-cü pillədə qərarlaşıb.

 

Reytinq cədvəlinə 305 xalla Braziliyanın “Flamenqo” komandası başçılıq edir. “Liverpul” (İngiltərə) 297 xalla ikinci, Braziliyanın “Palmeyras” komandası 294 xalla ilk üçlüyü tamamlayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?