Azərbaycan xalqının böyük oğlu, Ümummilli liderimiz, Dahi Şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin Anım Günü Goranboy rayonunda ehtiramla qeyd edilib.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və bir qrup ictimai fəallar öncə Ümummilli Liderin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər, sonra Heydər Əliyev Mərkəzində Dahi Şəxsiyyətin çoxşaxəli və mənalı həyat və dövlət idarəçiliyi fəaliyyətini özündə əks etdirən videoçarx izlənilib, fotoguşəyə nəzər salınıb.