Modern.az

“Heydər zirvəsi”nə yürüş təşkil edilib - FOTOLAR

“Heydər zirvəsi”nə yürüş təşkil edilib - FOTOLAR

Aktual

12 Dekabr 2022, 12:53

“Yüksəliş” müsabiqəsinin təşkilatçılığı ilə “Heydər zirvəsi”nə yürüş təşkil edilib.

 

Modern.az xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin təşkilatçılığı ilə Azərbaycan Alpinizm Federasiyasının "Qartal" Dağçılıq İdman Klubunun bir qrup üzvü Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxaraq Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib.

 

Onlar burada Azərbaycan Respublikasının dövlət bayrağını dalğalandıraraq Ulu Öndərin xatirəsinə “Yüksəliş sənin adınla başlayır!” mesajını verib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?