Modern.az

Ermənistan ordusunda söyüşə görə QƏTL

Ermənistan ordusunda söyüşə görə QƏTL

Aktual

12 Dekabr 2022, 16:24

Ermənistan ordusunun 2021-ci il dekabrın 31-də öldürülmüş çağırışçı əsgəri M.T.-nin qətlinin üstü açılıb.


Modern.az bildirir ki, İstintaq Komitəsinin məlumatına görə, 2021-ci il yanvarın 4-də Ermənistan Müdafiə Nazirliyi Vayots-Dzor rayonundakı döyüş postlarından birində sıravi M.Tadevosyanın (2003-cü il təvəllüdlü) başından güllə yarası alması barədə xəbər yayıb.
 

Araşdırma zamanı məlum olub ki, dekabrın 31-də saat 09:00-11:00 radələrində müşahidə məntəqəsində hərbi qulluqçu M.T-yə söhbət əsnasında əsgər yoldaşı E. B. avtomatdan atəş açmaqla cavab verib. 
 

M.Tadevosyan başından güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törədən hərbçiyə qarşı cinayət işi açılıb və həbs edilib.

İstintaq başa çatıb, iş materialları məhkəməyə göndərilib. Qətlin söyüş üstündə törədildiyi məlum olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı